...

Azərbaycanda istilik təchizatı dövrü başlayıb

Energetika Materials 15 Noyabr 2005 14:56 (UTC +04:00)

Noyabrın 15-dən Azərbaycanda istilik təchizatı dövrü başlayıb. Bu barədə Trend ə Azəristiliktəchizat SC-nin sədr müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, artıq qazanxanaların istismarına başlanılıb. Bu mövsümdə 1700 bina qızdırılacaq. "3 gün ərzində sazlama və sınaq işləri həyata keçiriləcək və bundan sonra obyektlər normal rejimdə istliklə təchiz olunacaq", - deyə o qeyd edib. Hazırlıq işləri çərçivəsində infrastrukturun, xüsusilə qazanxanaların, istilik ötürücü xətlərinin və elektrik stansiyalarının təmiri üzrə işlər görülüb.

SC-də 35 qazanxana bərpa edilib. Azəristiliktəchizat yaxın 2-3 il ərzində ölkədə müvafiq infrastruktura malik binaların istilklə təchizatını bərpa etməyi planlaşdırır. Bakıda belə binaların sayı 4140-dır.

Xəbər lenti

Xəbər lenti