...

Monument Oil Shirvanoil birgə müəssisəsinin sifarişi ilə "Kürovdağ"da quyu qazacaq

Energetika Materials 1 Dekabr 2005 18:00 (UTC +04:00)

Azərbaycanın quruda yerləşən "Kürovdağ" yatağını işləyib-hazırlayan və kəşfiyyat aparan Shirvanoil birgə müəssisəsi dekabrın sonunda yeni istismar quyusunu qazmaq niyyətindədir. Bu barədə Trend ə BM-dən məlumat verilib. "Kürovdağ"ın cənub hissəsində qazma işləri Britaniyanın Monument Oil servis şirkəti tərəfindən yerinə yetiriləcək.

2005-ci ilin sonuna kimi Shirvanoil "Kürovdağ"ın işlənib-hazırlanmasına $40 mln-dan artıq vəsait ayırıb. AR DNŞ-lə Britaniyanın Caspian Energy Group şirkəti isə 2006-cı il yanvarın 1-dən Shirvanoil BM-in bazasında Shirvanoil Operating Company əməliyyat şirkətinin yaradılacağı barədə razılığa gəlib.

2004-cü ilin noyabrında AR DNŞ Caspian Energy Group (keçmiş Whitehall) şirkəti ilə "Kürovdağ" haqqında PSA müqaviləsi imzalayıb. Shirvan Oil BM Caspian Energy Group şirkətinin 51% iştiraka malik olduğu "Kürovdağ"ın reabilitasiyası ilə 1997-ci ildən məşğul idi.

"Kürovdağ" yatağı 1929-cu ildə açılıb, onun işlənməsinə isə 1955-ci ildə başlanıb. Bu günə kimi 36 mln-dan çox neft hasil edilib ki, Shirvan Oil BM-in də payına 1,6 mln tondan çox neft düşüb.

Xəbər lenti

Xəbər lenti