...

Yanvar-noyabr aylarında "Qazeksport" Azərbaycana qaz tədarükünü azaldıb

Energetika Materials 2 Dekabr 2005 16:29 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr aylarında "Qazeksport" MMC ("Qazprom" ASC-nin törəmə strukturu) Azərbaycana 2004-cü ilin 11 ayı ərzində 4,401 mlrd m3 qaza qarşı 4,154 mlrd m3 qaz tədarük edib. Bu barədə Trend ə Azəriqaz QSC-dən məlumat verilib.

Azəriqaz nümayəndəsinin sözlərinə görə, "Qazeksport" 2004-cü ilin oktyabrında 374 mln m3 və noyabrında 471,3 mln m3 qaza qarşı 2005-ci ilin noyabrında Azərbaycana 374 mln m3 qaz tədarük edib.

Cari ildə AR DNŞ "Qazeksport"dan 4,5 mlrd m3 qaz almağı planlaşdırır. Qazın 1 000 m3-i 60 dollaradır. Təbii qaz ölkəyə Şirvanovka-Qazı Məhəmməd boru kəməri ilə verilir.

"Dekabrda 372 mln m3 qaz almağı planlaşdırırıq", - deyə Azəriqazda bildirilib.

Xəbər lenti

Xəbər lenti