...

9 ay ərzində Azərbaycandan neft ixracının dəyəri $4528 milyon təşkil edib

Energetika Materials 17 Dekabr 2005 13:00 (UTC +04:00)

Azərbaycanın ödəmə balansının rəqəmlərinə əsasən, 2005-ci ilin 3 rübü ərzində ölkədən neft-qaz ixracı $4528 mln təşkil edib ki, bu da 2004-ci ilin 9 ayı ərzində onun dəyərindən 2 dəfə çoxdur ($2243 mln).

Milli bankdan Trend ə verilən məlumata görə, 9 ay ərzində $3473,2 mln məbləğində xam neft ixrac olunub. Bu həcmin $2936,5 milyonu ABƏŞ-in, $536,7 milyonu isə AR DNŞ və neft-qaz sektorunda digər ixracatçıların payına düşüb.

2004-cü ilin 9 ayı ilə müqayisədə AR DNŞ-in ixrac dəyəri $143,4 mln artıb. 2005-ci ilin 9 ayı ərzində ABƏŞ-in ixrac gəlirinin $2389,9 milyonu onun xarici səhmdarlarının, $546,6 milyonu isə Azərbaycanın payına düşüb.

Xəbər lenti

Xəbər lenti