...

Türkiyə cari ilin sonunadək Bakı-Tbilisi-Ərzurum boru kəmərini istismara verməyi planlaşdırır

Energetika Materials 6 Fevral 2006 14:58 (UTC +04:00)

Türkiyə, Gürcüstan və Azərbaycanın əməkdaşlığının məqsədi cari ilin sonunadək Bakı-Tbilisi-Ərzurum boru kəmərinin istismara verilməsidir. Trend bildirir ki, bu gün İstambulda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan həmin ölkədə ikigünlük rəsmi səfərdə olan Gürcüstan hökumətinin başçısı Zurab Noqaideli ilə görüşü başa çatarkən bu barədə bəyan edib.

"İki ölkənin daha mühüm əməkdaşlığı Türkmənistan qazının Xəzər dəhlizi ilə Türkiyə ərazisinə nəqlinin təmin edilməsidir. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ilk neft artıq Gürcüstana nəql olunub. Çox yaxın vaxtlarda biz Bu neftin Ceyhana daxil olmasını qeyd etməyi planlaşdırırıq" -deyə Ərdoğan bildirib.

Gürcüstan-Tğürkiyə işgüzar şurasının İstambulda keçirilmiş iclasında həmçinin Qars-Tbilisi-Bakı dəmir yol magistralının çəkilməsi msələsi müzakirə olunub."Bu layihə çərçivəsində Türkiyə Gürcüstan və Azərbaycanla çox fəal iş aparır. Biz həmçinin Qazaxıstan və Çinin də iştirakında maraqlıyıq" -deyə Ərdoğan bəyan edib. O, vurğulayıb ki, magistral yük daşınması təhlükəsizliyini və sürətini təmin etməlidir, eləcə Asiyadan Avropaya nəqliyyat dəhlizinin mühüm hissəsi olacaq. İşgüzar şurada tərəflər Türkiyə-Gürcüstan sərhədində yerləşən NBM-nin müasirləşdirilməsi layihəsinə hazırlıqla bağlı işlərin uğurla aparıldığını qeyd edib. İTAR-TASS bildirir ki, həmçinin iclasda regionda yükdaşımalarının koordinasiya və sürətləndirilməsi ilə bağlı Batumi və Trabzon hava limanlarının birgə işinə hazırlıq qeyd olunub.

Xəbər lenti

Xəbər lenti