...

ABƏŞ 2006-cı ilin yanvarında "Azəri-Çıraq-Günəşli"də neft hasilatını azaldıb

Energetika Materials 7 Fevral 2006 14:55 (UTC +04:00)

2006-cı ilin yanvarında "Azəri"-"Çıraq"-"Günəşli" (AÇG) dəniz yatağını mənimsəyən Azərbaycan Beynəlxalq əməliyyat şirkəti (ABƏŞ) müqavilə sahəsində 1 mln. 373,7 min ton Azəri Light nefti hasil edib ki, bu da 2005-ci ilin yanvarı ilə müqayisədə 752,7 min ton çoxdur. Neft hasilatının artımı ötən ilin fevralında "Azəri" yatağının mərkəzində və 2006-cı ilin yanvarında həmin yatağın qərbində hasilatın başlaması ilə izah olunur.

ABƏŞ-də Trend ə bildirilib ki, 2006-cı ilin yanvarında ümumi həcmdən ABƏŞ 636,1 min ton neft "Çıraq" və 737,6 min ton isə "Azəri" yatağında hasil edib.

Ötən ilin dekabrında şirkət "AÇG"-də ("Azəri" üstəgəl "Çıraq") 1 mln. 485 min ton neft hasil edib. 2005-ci ilin dekabrında ABƏŞ "Çıraq"da 617,9 min ton , "Azəri" -də 868 min ton neft hasil edib.Bu ilin yanvarında "Azəri" yatağında hasilat həcminin azaldılması ABƏŞ-in Səngəçal neft terminalında texniki işlərin aparılması üçün 6-7 gün ərzində "Mərkəzi Azəri"də hasilatın texniki azaldılması ilə izah olunur.

Xəbər lenti

Xəbər lenti