...

"Bakcell" Portmanat ödəniş sisteminə qoşulub

Telekommunikasiya Materials 23 Aprel 2015 16:29 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin abunəçiləri Portmanat ödəniş sistemi vasitəsilə balanslarını artıra bilərlər.
"Bakcell" Portmanat ödəniş sisteminə qoşulub

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin abunəçiləri Portmanat ödəniş sistemi vasitəsilə balanslarını artıra bilərlər.

Portmanat gündəlik istifadə oluna bilən elektron pul kisəsidir. Bu ödəniş sisteminə qoşulan istənilən şəxs elektron pulqabı hesabı yaratmaqla mobil telefon və ya kompüter vasitəsilə istənilən vaxt asanlıqla müxtəlif ödənişlər həyata keçirə və yenidən "Portmanat"a pul qoya bilər.

Qeyd edək ki, bu xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçmək şərt deyil. Qeydiyyatsız və hesab açmadan ödəniş həyata keçirmək istəyən istifadəçilər Portmanat Code xidmətindən elektron vauçer almaqla istifadə edə bilərlər. Bununla yanaşı Portmanat xidmətindən istifadəni daha asan olması məqsədilə mobil cihazlar üçün pulsuz proqram hazırlanıb. Bu proqram vasitəsilə bütün ödənişlərin həyata keçirilməsi mümkündür. Proqramı bu linkdən istifadə edərək pulsuz yükləmək olar: https://play.google.com/store/apps/details?id=az.Portmanat.Mobile

Portmanat barədə daha ətraflı məlumatı https://www.portmanat.az/ səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti