...

Barama Mərkəzi "WoWoman" Platformasının ən yaxşı tərəfdaşı olub (FOTO)

Telekommunikasiya Materials 1 Mart 2017 17:40 (UTC +04:00)
Azərbaycanda böyük populyarlıq qazanan "WoWoman" - xanımların şəxsi inkişaf platforması 2 illiyini qeyd edib.
Barama Mərkəzi "WoWoman" Platformasının ən yaxşı tərəfdaşı olub (FOTO)

Bakı. Trend:

Azərbaycanda böyük populyarlıq qazanan "WoWoman" - xanımların şəxsi inkişaf platforması 2 illiyini qeyd edib.

"Fairmont Baku" otelində baş tutan hesabat xarakterli toplantıda platformanın 2016-cı ildəki uğur və nailiyyətləri qeyd olunub, həmçinin bu layihəyə dəstək olan qurumlar mükafatlandırılıb.

"Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bu il ərzində "WoWoman" platformasının ən yaxşı tərəfdaşlarından biri elan olunub. Qeyd edilib ki, "WoWoman" platforması ötən il Barama Mərkəzi ilə birlikdə "TechFall 2016 Hackathon" layihəsini həyata keçirib. Layihə çərçivəsində proqramçılar 36 saat ərzində yatmadan, fasiləsiz yeni mobil tətbiqetmə hazırlayaraq “Hackathon” formatında yarışıblar.

"WoWoman" platformasının ötən il ərzindəki ən uğurlu layihələrindən biri olan “Tech-Tech Xanım” da Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyilə baş tutub. İl ərzində İT sahəsində çalışan xanımlar üçün müxtəlif proqramlar, görüşlər keçirilib, onlara İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında məlumatlar verilib. Proqram çərçivəsində 20-dən çox tədbir keçirilib, 1500-dən çox ərizə daxil olub. Ötən il həmçinin, “WoWenture” sahibkarlıq proqramı, HR sahəsində çalışan xanımlar üçün “HR Academy” layihəsinə start verilib.

Ümumilikdə xanımların fərdi və peşəkar inkişafına dəstək olmaq məqsədilə yaradılan "WoWoman" platforması 2 il ərzində 6500-dən çox iştirakçı ilə 100-dən çox tədbir, 15 uzun müddətli proqram təşkil edib və 17 500 müraciət alıb. Bu layihə bəzi beynəlxalq mükafatlara da layiq görülüb, bir sıra xarici ölkələrdə nümayəndəlikləri yaradılıb.

Üçüncü ilində platforma çərçivəsində “WoWenture”, “HR Academy”, “Events” and “Express yourself” layihələri ilə yanaşı, dünyanın daha 20 ölkəsində platformanı təsis etmək planlaşdırılır. O cümlədən, yeni "Pro in Projects" adlı layihənin idarəedilməsi proqramına, film çəkmək üzrə “WoWideo” proqramına və "WoWoman in Me" layihəsinə start veriləcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər "Azercell"in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə "Azercell" ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan "Global Wireless Solutions" şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən "Azercell" şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti