...

BÖLGƏLƏRDƏ YENİ ELEKTRON ATS İŞƏ DÜŞÜB

Telekommunikasiya Materials 11 İyul 2005 13:07 (UTC +04:00)

Ölkənin bölgələrində yeni elektron telefon stansiyaları işə düşüb. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya mərkəzinin rəisi Müşfiq Əmirovun Trend agentliyinə bildirdiyi kimi, yeni stansiyalar müasir tələblərə cavab verir.

Onun sözlərinə görə, Salyan rayonunun Şorsulu kəndində Trans-Asiya-Avropa (TAA) beynəlxalq fibrooptik kabel magistralına qoşulan 128 nömrəli yeni ATS açılıb və bu, əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşmasına imkan verəcək.

İmişli rayonunun Soltanmuradlı və Ağsu rayonunun Padarqışlaq kəndlərində hər biri 128 nömrəyə malik yeni elektron ATS quraşdırılıb. Bu tədbirlər 2004-2008-ci illərdə bölgələrin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına uyğun olaraq həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti