...

"Bakcell" Klass istifadəçiləri üçün iki yeni tarif təqdim edib

Telekommunikasiya Materials 8 Avqust 2014 20:25 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti ötən həftə ərzində bazarda Bakcell ödəmə kartlarının çatışmazlığından yaranmış vəziyyətlə əlaqədar olaraq öz abunəçilərinə 10 dəqəqə bonus hədiyyə edir.
"Bakcell" Klass istifadəçiləri üçün iki yeni tarif təqdim edib

Azərbaycan, Bakı, 8 avqust/Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti ötən həftə ərzində bazarda Bakcell ödəmə kartlarının çatışmazlığından yaranmış vəziyyətlə əlaqədar olaraq öz abunəçilərinə 10 dəqəqə bonus hədiyyə edir.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, "Bakcell"in CIN, Klass L, Klass XL, Klass XXL, Klass 5* and Klass 5*+ abunəçiləri avqust ayının 10-na kimi alternativ ödəmə metodlarından istifadə edərkən (ödəmə nöqtələri, onlayn ödəniş, bankomatlar və s.) şəbəkədaxili zənglər üçün etibarlılıq tarixi 3 gün olan əlavə 10 dəqiqə qazanacaqlar.

Ödəmənin minumum məbləği 3 AZN-dir. Internet, eyni zamanda E-manat, MilliÖn və s. vasitəsilə 3 AZN-dən başlayan hər bir ödəniş üçün 10 dəqiqə bonus verilir.

Əvvəl də qeyd olunduğu kimi, "Bakcell" mümkün qədər tez bir zamanda bütün ölkə ərazisini ödəmə kartları ilə təmin etməyə çalışır.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

"Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti