...

Azərbaycanın ali məktəbi innovasiya layihələrini kommersiyalaşdırmaqla məşğul olacaq

Telekommunikasiya Materials 30 Sentyabr 2014 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Texnologiyaların Transferti Mərkəzi yaradılıb. Trend xəbər verir ki, bu barədə ali məktəbin məlumatında deyilir.

Texnologiyaların transferti innovasiya proseslərinin həyata keçirilməsində mühüm vasitə, gələcəkdə şəxsi səlahiyyətlərin inkişafına imkan yaratmağa hesablanmış texnologiyaların kommersiyalaşması alətidir.

Mərkəzin yaradılması layihəsi infrastrukturların, kadrların hazırlanmasını, innovasiya biznesinin inkişafı üçün alətlərin işlənməsini və şəxsi nou-hauların yaradılmasını nəzərdə tutur.

Mərkəzin əsas vəzifəsi ADİU-nun innovasiya fəaliyyətinin inkişafı, universitetin biznes strukturları ilə səmərəli qarşılıqlı fəaliyyətinin təşkili və ali məktəbin əməkdaşlarının elmi tədqiqatlarının nəticələrinin transfertidir.

Mərkəz yaradıcı intellektual fəaliyyətin aktivləşdirilməsinə yardım edəcək, əqli mülkiyyətin hüquqi müdafiəsinə məsləhət dəstəyi göstərəcək, respublikanın ali məktəbləri arasında texnologiyaların transfertini təmin edəcək, elmi-texnoloji sahələrdə sahibkarlar üçün treninqlər keçirəcək və s.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti