...

Sumqayıtda yol qəzasında bir ailənin üzvləri xəsarət alıblar

Hadisə Materials 23 İyul 2014 13:17 (UTC +04:00)
Faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Sumqayıtda yol qəzasında bir ailənin üzvləri xəsarət alıblar

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İlkin İzzət/

İyulun 23-də saat 01 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakini Ziyafət Mürsəlovun idarə etdiyi "Mitsubishi" və Bakı şəhər sakini Elman Quliyevin idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, xəsarət almış E.Quliyev və sərnişinləri - oğlu Elmir, arvadı Gülnar və Sumqayıt şəhər sakini Xəzangül Quliyeva xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti