...

Məhkuma gətirilmiş şampun qabından növbənöv narkotik vasitə çıxdı (FOTO)

Hadisə Materials 24 İyul 2014 17:42 (UTC +04:00)
3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkuma gətirilmiş şampun qabından növbənöv narkotik vasitə çıxdı (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Elnur Mətləb oğlu Abıyevə xalası oğlu Cəbrayıl Gündüz oğlu Rəcəbovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı "Head and Shoulders" şampun qabının içərisində 4 (dörd) ədəd sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 3.99 qram olan narkotik vasitə - marixuana, xalis çəkisi 2.490 qram olan narkotik vasitə - tiryək, xalis çəkisi 0.52 qram olan narkotik vasitə - həşiş qatranı və xalis çəkisi 0.573 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti