...

Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İsrail səfirini qəbul edib

Siyasət Materials 23 Avqust 2012 16:27 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrail dövlətinin ölkəmizdəki səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İsrail səfirini qəbul edib

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsrail dövlətinin ölkəmizdəki səfiri Mixael Lavon-Lotemi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycanla İsrail arasında mövcud münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirib və bu işdə verdiyi töhfəyə görə səfirə öz minnətdarlığını bildirib. Həmçinin Nazir Elmar Məmmədyarov Mixael Lavon-Lotemə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Öz növbəsində səfir ölkəmizdə işlədiyi dövrdə İsrail ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın inkişaf etdiyini söyləmiş və bu əməkdaşlığın daha da genişlənməsi və inkişaf etməsi üçün səylə çalışdığını qeyd edərək, faydalı əməkdaşlığa görə minnətdarlıq bildirib.

Xəbər lenti

Xəbər lenti