...

Energetika üzrə Avropa komissarı Bakıda Azərbaycanla əməkdaşlığın perspektivlərini müzakirə edəcək

Siyasət Materials 2 Sentyabr 2014 11:41 (UTC +04:00)
Energetika üzrə Avropa komissarı Günter Ottinger Bakıda Azərbaycanla energetika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcək.
Energetika üzrə Avropa komissarı Bakıda Azərbaycanla əməkdaşlığın perspektivlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir Səba Ağayeva/

Energetika üzrə Avropa komissarı Günter Ottinger Bakıda Azərbaycanla energetika sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

Ottingerin Azərbaycana səfərində məqsəd sentyabrın 9-da Bakıda keçiriləcək Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının üzvü olan ölkələrin energetika nazirlərinin qeyri-formal görüşündə iştirak etməkdir. Bu barədə çərşənbə axşamı Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Bundan əvvəl Azərbaycan Bakıda Aİ-nin "Şərq tərəfdaşlığı" proqramının üzvü olan ölkələrin xarici işlər və energetika nazirlərinin qeyri-formal görüşünün keçirilməsinə dair təşəbbüslə çıxış etmişdi.

Bu məqsədlə "Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər və energetika nazirləri sentyabrın 8-9-da Bakıda toplaşacaqlar. Görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Aİ-ni bu görüşlərdə Aİ-nin genişləndirmə və qonşuluq siyasəti komissarı Ştefan Füle və energetika üzrə komissarı Günter Ottingerin təmsil edəcəyi gözlənilir.

Ottinger səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək və əməkdaşlığın aktual məsələlərini müzakirə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti