...

Azərbaycanda dövlət gənc alimlərə güzəştli ipoteka kreditlərinin verilməsinə təminat verəcək

Cəmiyyət Materials 29 Aprel 2013 15:41 (UTC +04:00)
Azərbaycanda dövlət mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan elmi işçilərə, xüsusilə, gənc alimlərin növbəsiz mənzillə təmin olunmasına şərait yaradacaq, onlara güzəştli sosial ipoteka kreditlərinin verilməsinə təminat verəcək.
Azərbaycanda dövlət gənc alimlərə güzəştli ipoteka kreditlərinin verilməsinə təminat verəcək

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda dövlət mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan elmi işçilərə, xüsusilə, gənc alimlərin növbəsiz mənzillə təmin olunmasına şərait yaradacaq, onlara güzəştli sosial ipoteka kreditlərinin verilməsinə təminat verəcək.

Milli Məclisdən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan "Elm haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilib ki, dövlət yaşayış sahəsi olmayan gənc alim və istedadlı elmi işçilərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz torpaq sahəsi ayrılmasını təmin edir. Elmi işçilər qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli kredit götürmək və qrantlar almaq hüququna malik olacaqlar.

Layihəyə görə, dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli fərdi kreditlər verilməsini, elmi tədqiqat işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi, stajartırma və digər məqsədlər üçün qrantlar ayrılmasını təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti