...

"Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2014 15:28 (UTC +04:00)
Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi müxtəlif yaş kateqoriyalarından ibarət məktəblilər arasında “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda birgə rəsm müsabiqəsi keçiriblər.
"Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi müxtəlif yaş kateqoriyalarından ibarət məktəblilər arasında "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda birgə rəsm müsabiqəsi keçiriblər.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov deyib ki, bu cür müsabiqələrin keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun əsaslarının məhz ulu öndərimiz tərəfindən qoyulması haqqında şagirdləri bir daha maarifləndirməkdir.

Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti bildirib ki, rəsm müsabiqəsi bir daha şagirdlərimizin, gənclərimizin müasir və inkişaf edən Azərbaycanımızı necə təsəvvür etməsini üzə çıxarır və onlar gələcəklə bağlı arzularını fırça ilə ifadə etmiş olurlar.

Sonra çəkilmiş rəsmlərə baxış keçirilib və müsabiqənin qalibləri müəyyənləşdirilib.

Müsabiqədə I, II və III yerin qalibləri mükafatlandırılıb, eyni zamanda, iştirakçı şagirdlərə həvəsləndirici hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti