...

Mədəniyyət və Turizm Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib

Cəmiyyət Materials 24 İyul 2014 17:38 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 24 iyul 2014-cü il tarixli əmri ilə Bayramov Rafiq Yasin oğlu nazirliyin Aparat rəhbəri təyin edilib.
Mədəniyyət və Turizm Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 24 iyul 2014-cü il tarixli əmri ilə Bayramov Rafiq Yasin oğlu nazirliyin Aparat rəhbəri təyin edilib. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Rafiq Yasin oğlu Bayramov 1972-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1995-1998-ci illərdə gənclər təşkilatlarında, Gənclər Təşkilatlarının Milli Şurasında ictimai fəaliyyətlə məşğul olub.

1998-1999-cu illərdə Bakı səhər Nizami rayon Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparatında ictimai-siyasi şöbədə məsul vəzifələrdə işləyib.

2001-ci ildən Gənclər, İdman və Turizm Nazirliyində Gənclərlə iş şöbəsində baş təlimatçı, 2003-2006-cı illərdə gənclər, idman və turizm nazirinin köməkçisi, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin köməkçisi işləyir.

2011-ci ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Qeyd edək ki, nazirliyin keçmiş Aparat rəhbəri Firudin Qurbanov Azərbaycan Prezidentinin 18 iyul tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti