...

Təhsil Nazirliyi Prezidentin sərəncamı ilə əlaqədar işçi qrupu yaratdı

Cəmiyyət Materials 25 İyul 2014 11:17 (UTC +04:00)
Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" imzaladığı sərəncamla əlaqədar Təhsil Nazirliyində işçi qrupu yaradılıb.
Təhsil Nazirliyi Prezidentin sərəncamı ilə əlaqədar işçi qrupu yaratdı

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" imzaladığı sərəncamla əlaqədar Təhsil Nazirliyində işçi qrupu yaradılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, işçi qrupu nazirliyin üzərinə düşən vəzifələrlə bağlı müvafiq təkliflər hazırlayacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, nazirliyinin regional idarələri yaradılacaq.

Maliyyə Nazirliyi təhsil sahəsinin 2015-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti