...

Sinoptiklərdən şad xəbər: Bakıda hava sərinləşəcək, şimal küləyi əsəcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 20 Avqust 2014 12:12 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında uzun müddət hökm sürən anomal istilərdən sonra havanın temperaturu avqustun 21-dən etibarən enəcək.
Sinoptiklərdən şad xəbər: Bakıda hava sərinləşəcək, şimal küləyi əsəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda və Abşeron yarımadasında uzun müddət hökm sürən anomal istilərdən sonra havanın temperaturu avqustun 21-dən etibarən enəcək. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.

U.Tağıyeva deyib ki, avqustun 21-dən sonra Bakı və Abşeron yarımadasında havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə enəcək və iqlim normasına yaxınlaşacaq.

Yaxın 2-3 gün ərzində, yəni avqustun 24-dək Bakı və Abşeron yarımadasında havanın temperaturu gündüz 32-35 dərəcədən yüksək olmayacaq. Eyni zamanda, şimal küləyi güclənəcək.

Bakı və Abşeron yarımadasında avqustun 21-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 24-27, gündüz 30-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə isə 28-29 dərəcə isti təşkil edəcək.

Avqustun 21-i, 22-si və 23-ü əsasən gecə və səhər saatlarında şimal küləyi artacaq, küləyin gücü saniyədə 15-20 metr, bəzi ərazilərdə isə 25 metr olacaq.

Azərbaycanın digər ərazilərində də havanın temperaturu enəcək.

Azərbaycanın rayonlarında avqustun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti