...

Səlim Müslümov Gədəbəy və daha 4 rayonun sakinləri ilə görüşəcək

Cəmiyyət Materials 21 Avqust 2014 10:21 (UTC +04:00)
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov avqustun 29-da saat 10:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarının sakinlərini qəbul edəcək.
Səlim Müslümov Gədəbəy və daha 4 rayonun sakinləri ilə görüşəcək

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov avqustun 29-da saat 10:00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (nazirliyin Ümumi şöbəsi), (022) 326-00-08 (Gədəbəy rayon ƏSMM), (022) 305-34-82 (Şəmkir rayon ƏSMM), (022) 315-34-36 (Tovuz rayon ƏSMM), (022) 295-13-31 (Qazax rayon ƏSMM) və (022) 225-22-42 (Ağstafa rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gədəbəy rayonuna aparılıb-gətirilmələri təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti