...

Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 14 Sentyabr 2014 14:26 (UTC +04:00)
Həftənin ilk iş günü Azərbaycanda hava əsasən yağmursuz keçəcək.
Azərbaycanda həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Həftənin ilk iş günü Azərbaycanda hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-in bildiriblər ki, sentyabırın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 18-23°, gündüz 26-31° isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə isə 25-26° isti təşkil edəcək.

Azərbaycan rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 18-23°, gündüz 28-33° isti olacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti