...

Azərbaycanda Aşura günü məscidlərdə qanvermə aksiyası keçiriləcək

Cəmiyyət Materials 23 Oktyabr 2014 12:58 (UTC +04:00)
Azərbaycanda Aşura günü məscidlərdə qanvermə aksiyası keçiriləcək. Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bu gün keçirilən iclasında bildirib.
Azərbaycanda Aşura günü məscidlərdə qanvermə aksiyası keçiriləcək

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda Aşura günü məscidlərdə qanvermə aksiyası keçiriləcək. Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bu gün keçirilən iclasında bildirib.

A.Paşazadə Aşura günü qanvermə aksiyalarının təşkil edilməsinə dair din xadimlərinə tapşırıqlar verib.

İclasda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəyan edib ki, o da şəxsən Aşura günü qanvermə aksiyasında iştirak edərək qan verəcək. DQİDK sədri Aşura günü bu cür xeyriyyə aksiyalarının keçirilməsini təqdir etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti