...

Portuqaliya millisində yeni baş məşqçi

İdman Materials 23 Sentyabr 2014 18:34 (UTC +04:00)
Fernandu Santuş futbol üzrə Portuqaliya yığmasına baş məşqçi təyin olunub.
Portuqaliya millisində yeni baş məşqçi

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Fernandu Santuş futbol üzrə Portuqaliya yığmasına baş məşqçi təyin olunub.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, F.Santuş daha əvvəl Yunanıstan millisini çalışdırıb.

Qeyd edək ki, Portuqaliyanın əvvəlki baş məşqçisi Paulo Bentu Avro-2016-nın seçmə mərhələsində albanlara 0:1 hesabı ilə məğlub olduqdan sonra vəzifəsindən istefa verib.

Xəbər lenti

Xəbər lenti