...

Türkiyədə Suriyaya keçməyə çalışan Böyük Britaniya və Fransa vətəndaşları saxlanılıb

Dünya xəbərləri Materials 2 Aprel 2015 14:20 (UTC +04:00)
Türkiyədə "İslam dövləti" qruplaşmasına qoşulmaq üçün Suriyaya keçmək istəyən doqquz nəfər Böyük Britaniya və bir nəfər Fransa vətəndaşı saxlanılıb.
Türkiyədə Suriyaya keçməyə çalışan Böyük Britaniya və Fransa vətəndaşları saxlanılıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə "İslam dövləti" qruplaşmasına qoşulmaq üçün Suriyaya keçmək istəyən 9 nəfər Böyük Britaniya və 1 nəfər Fransa vətəndaşı saxlanılıb.

Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu şəxslərin Türkiyədən deportasiya edilməsi gözlənilir.

Onların Suriya sərhədi yaxınlığındakı Kilis vilayətində saxlanıldığı bildirilir.

Bundan əvvəl Türkiyə rəsmiləri bəyan ediblər ki, Avropa ölkələrinin xüsusi xidmətləri onlara terror fəaliyyətində şübhəli bilinən şəxslərin siyahısını vermir. Bu, Ankarada onunla izah olunur ki, Avropa dövlətləri daxildəki radikallardan bu yolla xilas olmağa çalışırlar.

Твиттер: @rhafizoglu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti