Azərbaycan, Bakı, 27 may /Trend, müxbir Hafiz Rufizoğlu/
Bu gün Türkiyənin Eskişehir əyalətində şüşə zavodunda yanğın baş verib. Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.
Yanğın nəticəsində zavodun 6 işçisi müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hadisənin səbəbi hələlik müəyyənləşdirilməyib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.