Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Baş naziri Binali Yıldırım və milli müdafiə naziri Fikri İşıq terror aktının baş verdiyi Elazığ vilayətinə gedəcəklər.
Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Qeyd edək ki, bu gün Türkiyənin Elazığ vilayətindəki polis məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 140 nəfər xəsarət alıb. Onlardan 10-nun vəziyyəti ağırdır.
Milli müdafiə nazirinin sözlərinə görə, terror aktının arxasında PKK terror təşkilatı dayanır.