...

Türkiyədə partlayış: 3 ölü, 140-dan çox yaralı (YENİLƏNİB-3) (FOTO/VİDEO)

Dünya xəbərləri Materials 18 Avqust 2016 12:10 (UTC +04:00)
Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.
Türkiyədə partlayış: 3 ölü, 140-dan çox yaralı (YENİLƏNİB-3)  (FOTO/VİDEO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:57-də yayılıb)

Bakı. Trend:

Türkiyənin Elazığ vilayətindəki polis məntəqəsində baş vermiş partlayış nəticəsində yaralıların sayı artıb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yaralıların sayı artıq 140 nəfəri keçib.

X X X

11:32

Türkiyənin Elazığ vilayətindəki polis məntəqəsində baş vermiş partlayış nəticəsində yaralıların sayı 100-ü keçib.

Bundan əvvəl 3 nəfərin öldüyü, 40 nəfərin xəsarət aldığı deyilirdi.

X X X

10:57

Türkiyənin Elazığ vilayətindəki polis məntəqəsində partlayış olub.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 40 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, polis məntəqəsinin qarşısında avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.

Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti