...

Türkiyədə güclü partlayış: 48 yaralı (YENİLƏNİB-2) (VİDEO)

Dünya xəbərləri Materials 12 Sentyabr 2016 14:27 (UTC +04:00)
Türkiyənin Van vilayətində güclü partlayış baş verib.
Türkiyədə güclü partlayış: 48 yaralı (YENİLƏNİB-2) (VİDEO)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin Van vilayətində törədilmiş terror aktında yaralananların sayı 48 nəfərə çatıb.

Trend-in "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanlardan ikisi polisdir.

Polis terrorçuların tutulması üçün əməliyyata başlayıb.

X X X

13:24

Van vilayətində baş vermiş partlayış nəticəsində 19 nəfər yaralanıb.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Van valisi İbrahim Taşyapan deyib.

Onun sözlərinə görə, terrorçuların hədəfi yaxınlıqdakı binaların mühafizəsini təşkil edən polislər olub.

X X X

12:33

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış Van vilayətinin mərkəzində, qubernatorluğun və hakim Ədalət və İnkişaf Partiyası nümayəndəliyinin binaları arasında baş verib.

Yaralıların olduğu bildirilir.

Hadisənin arxasında PKK terror təşkilatının dayandığı deyilir.

Partlayış avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

X X X

12:20

Türkiyənin Van vilayətində güclü partlayış baş verib.

Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış yerinə xilasedicilər və tibbi briqadalar göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti