...

Tramp “Alibaba Group”la iş birliyinə girdi ki...

Dünya xəbərləri Materials 11 Yanvar 2017 00:16 (UTC +04:00)
Donald Tramp tanınmış çinli iş adamı, “Alibaba Group” şirkətinin təsisçisi Cek Ma ilə birlikdə ölkəsinin vətəndaşları üçün 1 milyona yaxın yeni iş yeri yaradacaq.
Tramp “Alibaba Group”la iş birliyinə girdi ki...

Bakı. Anaxanım Hidayətova - Trend:

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp tanınmış çinli iş adamı, “Alibaba Group” şirkətinin təsisçisi Cek Ma ilə birlikdə ölkəsinin vətəndaşları üçün 1 milyona yaxın yeni iş yeri yaradacaq.

Trend-in məlumatına görə, bu barədə "Washington Post" qəzeti xəbər verir.

Tərəflər "Trump Tower" binasında baş tutan görüş zamanı “Alibaba Group” şirkətində yeni iş yerlərinin yaradılması, eləcə də ABŞ-ın kiçik biznesinin Çin və Asiya marketləri ilə ticarət həcminin artırılması yollarını müzakirə ediblər.

Yeni seçilmiş Prezident görüşü yüksək dəyərləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti