...

Türkiyə Silahlı Qüvvələri 2 mindən çox terrorçu zərərsizləşdirib

Dünya xəbərləri Materials 14 Yanvar 2017 12:24 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı başlayandan bu günədək Suriyanın şimalında 2085 terrorçunu zərərsizləşdirib.
Türkiyə Silahlı Qüvvələri 2 mindən çox terrorçu zərərsizləşdirib

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı başlayandan bu günədək Suriyanın şimalında 2085 terrorçunu zərərsizləşdirib. Bu barədə Trend Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.

Məlumata görə, zərərsizləşdirilən terrorçulardan 1775 nəfəri İŞİD, 310 nəfəri isə PYD mənsubu olub.

Bundan başqa, Türkiyənin müttəfiqi Azad Suriya Ordusu ölkənin şimalında 226 yaşayış məntəqəsi üzərində nəzarəti bərpa edib.

Ümumilikdə, 1870 kvadrat kilometr ərazi terrorçulardan azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti