...

Kanadada "qara qızıl" dənizə dağıldı

Dünya xəbərləri Materials 24 Yanvar 2017 09:15 (UTC +04:00)
Kanadanın Saskaçevan əyalətində neft kəmərində baş vermiş qəza ilə bağlı 200 min litr neft dənizə axıb.
Kanadada "qara qızıl" dənizə dağıldı

Bakı. Trend:

Kanadanın Saskaçevan əyalətində neft kəmərində baş vermiş qəza ilə bağlı 200 min litr neft dənizə axıb. Trend-in "Globe and Mail" mətbuatına istinadən verdiyi məlumata görə, hökumətin nümayəndəsi Keti Yanq bildirib ki, neft axıntısı Stoun şəhərindən 10 km məsafədə baş verib. Məlumata görə, neft çayların suyuna qarışmayıb.

Qəza baş verən neft kəmrinin "Tundra Energy Marketing" şirkətinə məxsus olduğu bildirilir.

Hökumət nümayəndəsi K.Yanqın sözlərinin görə, neftin axmasının səbəbləri hələ məlum deyil. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti