...

Haitidə ağır yol qəzası: 38 nəfər həlak olub

Dünya xəbərləri Materials 12 Mart 2017 22:49 (UTC +04:00)
Haitidə avtobus küçə musiqiçilərin üzərinə sürüb
Haitidə ağır yol qəzası: 38 nəfər həlak olub

Bakı. Trend:

Haitidə avtobus küçə musiqiçilərin üzərinə sürüb.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 38 nəfər həlak olub.

Hadisə ölkənin şimalında Qonaiv şəhərində baş verib. 33 nəfər hadisə yerində ölüb.

Haiti mülki müdafiə rəhbəri Jan Baptist Mari-Alt bildirib: "Əvvəlcə avtobusu iki piyadanı vurub, nəticədə bir nəfər həlak olub, bir nəfər xəsarət alıb". Onun sözlərinə görə, bundan sonra avtobus hadisə yerindən qaçmağa cəhd göstərib və bir qrup musiqiçilərin üzərinə çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti