...

Mikroavtobus minaya düşdü, sərnişinlər həlak oldular

Dünya xəbərləri Materials 16 Aprel 2017 01:11 (UTC +04:00)
Əfqanıstanın cənubunda törədilən partlayış nəticəsində 11 nəfər ölüb
Mikroavtobus minaya düşdü, sərnişinlər həlak oldular

Bakı. Trend:

Əfqanıstanın cənubunda törədilən partlayış nəticəsində 11 nəfər ölüb.

Trend-in Sputnik-ə istinadən verdiyi məlumata görə, hadisə Gilmənd əyalətində qeydə alınıb.

Məlumata əsasən, dinc sakinləri daşıyan mikroavtobus minaya düşüb.

Hadisəyə görə heç kim məsuliyyəti öz üzərinə götürməsə də, “Taliban” silahlı qruplaşmasının partlayışda əli olduğu ehtimal edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti