...

Estoniyada 5 min ev işıqsız qalıb

Dünya xəbərləri Materials 30 Aprel 2017 01:27 (UTC +04:00)
Estoniyada 5 min ev işıqsız qalıb
Estoniyada 5 min ev işıqsız qalıb

Bakı. Trend:

Estoniyada 5 min ev işıqsız qalıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, buna səbəb güclü fırtına olub.

Xəbərdə deyilir ki, ən çox işıqsız qalan evlər Lyan-Viruskda və Xaryuckdadır. Mütəxəssislər nasazlığın aradan qaldırılması ilə məşğuldurlar.

Tallin hava limanı saat 13:00-dan sonra cəmi 1 reys qəbul edib. Digər təyyarələr hava şəraitinin əlverişsiz olduğundan eniş edə bilməyiblər.

"Linda Line" gəmiçilik şirkəti Tallin və Helsinki arasında işləyən bütün reysləri təxirə salıb. Həmçinin Saaremaa və Xiyumaa adaları arasındada gəmiçilik əlaqəsi kəsilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti