...

Daha 13 PKK terrorçusu İraqda məhv edilib

Dünya xəbərləri Materials 28 May 2017 11:43 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri mayın 28-i səhər saatlarında İraqın Avaşin Basyan rayonunda PKK-nın mövqelərinə hava zərbələri endiriblər
Daha 13 PKK terrorçusu İraqda məhv edilib

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələri mayın 28-i səhər saatlarında İraqın Avaşin Basyan rayonunda PKK-nın mövqelərinə hava zərbələri endiriblər.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 13 PKK terrorçusu və terrorçuların 7 mövqeyi məhv edilib.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti