...

Allahşükür Paşazadədən təklif: "Gələcəkdə keçiriləcək Avropa Oyunlarının məşəlinin alovlandırılması Bakıdan başlasın"

Baku 2015 : EUROGAMES Materials 9 May 2015 12:53 (UTC +04:00)
"Arzu edərdim ki, gələcəkdə keçiriləcək Avropa Oyunlarının alovu Bakıdan götürülsün".
Allahşükür Paşazadədən təklif: "Gələcəkdə keçiriləcək Avropa Oyunlarının məşəlinin alovlandırılması Bakıdan başlasın"

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İlkin İzzət/

"Arzu edərdim ki, gələcəkdə keçiriləcək Avropa Oyunlarının alovu Bakıdan götürülsün". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə QMİ-nin təşkilatçılığı ilə keçirilən konfransda bildirib.

QMİ sədri deyib ki, bir vaxtlar Azərbaycanı Avropa ölkəsi kimi qəbul etmirdilər. Şərq, Asiya ölkəsi, müsəlman dövləti kimi qəbul edirdilər: "İndi isə Avropa Oyunlarının məşəli buradan Avropaya gedəcək. Bu, istər-istəməz Avropanın Azərbaycanı tanıması deməkdir".

A.Paşazadə qeyd edib ki, tarixdə var ki, həmişə Olimpiya Oyunları başlayanda Oyunların alovu Yunanıstanda Olimpdən götürülürdü: "Bu gün də bu ənənə davam edir. Avropa Oyunlarının keçirilməsi isə bu gün ilk dəfə Bakıdan başlayır. Bu Oyunlar gələcəkdə başqa yerlərdə də keçirilə bilər. Amma arzu edərdim ki, gələcəkdə həmin Oyunların alovu başlanğıc nöqtəsi olaraq Azərbaycandan, Bakıdan götürülsün və bu minvalla davam eləsin. Bu, Azərbaycan üçün böyük və önəmli bir məsələdir. Bu, həm siyasi, həm dövlətçilik, həm də mənəvi məsələdir. Heç də əbəs yerə deyildi ki, Prezident İlham Əliyev məşəlin alovlandırılmasına Atəşgahdan başladı. Əgər alov İslami yerdən, məsciddən götürülsəydi, deyərdilər ki, İslama bağlıdır, xristian məbədindən başlasaydı, deyərdilər ki, xristianlıqla bağlıdır. Amma məşəl elə yerdən alovlandırıldı ki, gələcəkdə də alov oradan götürülə bilsin və sonra da davam etsin. Bu bizim üçün böyük şərəfdir. Məsələ təkcə Avropa Oyunlarında deyil. Bu, həm də Azərbaycanın bütün dünyada tanınması deməkdir. Bu Oyunlara ən azı 50 dövlətdə televiziyada birbaşa baxılacaq. Yəni həmin dövlətlər, eləcə də bura gələnlərin hamısı bizi tanıyacaq, həyatımızla tanış olacaq".

Bütün Qafqazın şeyxin Azərbaycanda, xüsusən də Bakıda din xadimlərinə müraciət edərək onlara məscidlərə gələn qonaqlarla görüşlərə, söhbətlərə hazır olmalarını tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti