...

Müğənni Nurlan Əzizbəylidən həyat yoldaşına jest: "... səni yeyərəm" (FOTO)

Mədəniyyət Materials 25 İyun 2011 15:18 (UTC +04:00)
Zarafatcıl xasiyyətli ilə bütün həmkarlarından seçilən bəstəkar-müğənni Nurlan Əzizbəyli, təşkil olunan məclislərin birində diqqətimizi bu dəfə həyat yoldaşı, eləcə də menecer kimi əsas yardımçısı olan Nərmin xanımla birgə çəkdi
Müğənni Nurlan Əzizbəylidən həyat yoldaşına jest: "... səni yeyərəm" (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Zarafatcıl xasiyyətli ilə bütün həmkarlarından seçilən bəstəkar-müğənni Nurlan Əzizbəyli, təşkil olunan məclislərin birində diqqətimizi bu dəfə həyat yoldaşı, eləcə də menecer kimi əsas yardımçısı olan Nərmin xanımla birgə çəkdi. Fotoaparatımızı görən Əzizbəylilər ailəsi, əhvallarını 180 dərəcə müsbət istiqamətə dəyişib, masadakı təamlardan, xüsusilə də mer-meyvədən doyunca dadmağa başladılar ki, ikinci dəfə "Prikol-taym!" layihəmizin qəhrəmanına çevrilsinlər. Deyəsən, Nurlanı Azərbaycan şou-biznesinin "Şrek"i elan etməyimiz çox xoşuna gəlib.

Sakit təbiətli Nərmin xanım, həyat yoldaşına zarafatlarını azaltmağı məsləhət bilməkdən yorulsa da müğənni daha da gülməli lətifələr danışıb, süfrə başında olanların əhvallarını yüksəltməkdən həzz almaqda davam edirdi. Çox keçmir ki, o, meyvələrin qabda bitmək üzrə olduğunun fərqinə varır və üzünü qəzəblə Nərminə tutub hirslənir. "İndi mən nə yeyim? Bilmirsən ki, aclığa dözümüm yoxdur? Belə getsə səni yeyərəm", - Nurlan belə dedi.

Komplekssiz mehriban ailə başçıları sonda istədiklərinə nail oldular. Ofisiantlar masaya bir neçə dəqiqə ərzində növbənöv yemək çeşidləri düzdülər. Bundan sonra nəinki cütlük, digər dostları da süfrəyə barmaq qoymağa belə yer tapmadılar.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti