...

Udmurtiyada "Buranovskiye babuşki"nin şərəfinə hər il nənələr günü qeyd ediləcək

Mədəniyyət Materials 30 May 2012 17:43 (UTC +04:00)
"Buranovskiye babuşki"nin şərəfinə təsis edilən nənələr günü hər il Udmurtiyada qeyd ediləcək.
Udmurtiyada "Buranovskiye babuşki"nin şərəfinə hər il nənələr günü qeyd ediləcək

Azərbaycan, Bakı, 30 may /Trend/

"Buranovskiye babuşki"nin şərəfinə təsis edilən nənələr günü hər il Udmurtiyada qeyd ediləcək. Bu bayramın təsis edilməsi haqqında məlumatı "Buranovskiye babuşki"nin şərəfinə təşkil edilən dövlət qəbulunda Udmurtiya Prezidenti Aleksandr Volkov verib. Bu barədə Trend çərşənbə günü İTAR-TASS-a istinadən məlumat verir.

"Valideynlərimiz, nənələrimiz və babalarımıza, habelə sizin nüfuzlu müsabiqədə möhtəşəm çıxışınıza hörmət əlaməti olaraq, Udmurtiyada 26 may tarixinin Nənələr Günü elan edilməsini mümkün hesab edirəm. Fikrimcə, bu illik bayram ailəvi və sakit olmalıdır", - Volkov qeyd edib.

Volkov, həmçinin məlumat verib ki, belə bayramı təsis etmək ideyasını Yakşur-Bodinski rayonundan çoxuşaqlı ana təklif edib. O, mayın 17-də respublikanın dövlət başçısından "Analıq şərəfi" xatirə nişanını alıb. Çoxuşaqlı ana xatırladıb ki, uşaqların tərbiyəsində onların nənələrinin, o cümlədən "Buranovskiye babuşki" kimi kollektivin böyük rolu var. Bu gün dövlət qəbulunda artıq hamıya yaxşı məlum olan kollektivin səkkiz solistinə Udmurtiyanın xalq artisti adının verilməsi haqqında şəhadətnamə təqdim edilib.

"Buranovskiye babuşki" mayın 26-da Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsində ikinci yeri tutub.

Xəbər lenti

Xəbər lenti