...

TRT 1-də yayımlanan "Gezelim Görelim" proqramının çəkiliş qrupu Azərbaycana gəlir

Mədəniyyət Materials 4 Oktyabr 2012 10:53 (UTC +04:00)
TRT-nin Bakı təmsilçiliyindən Trend-ə verilən məlumata görə, təcrübəli prodüser Nuray Yılmazın aparıcılığı ilə ekranlara gələn "Gezelim Görelim" proqramının çəkiliş qrupu oktyabrın 24-də Azərbaycanın turizm şəhəri olan Qəbələdə çəkilişlərə başlayacaq.
TRT 1-də yayımlanan "Gezelim Görelim" proqramının çəkiliş qrupu Azərbaycana gəlir

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

TRT 1-də yayımlanan "Gezelim Görelim" proqramının çəkiliş qrupu Azərbaycana gəlir.

TRT-nin Bakı təmsilçiliyindən Trend-ə verilən məlumata görə, təcrübəli prodüser Nuray Yılmazın aparıcılığı ilə ekranlara gələn "Gezelim Görelim" proqramının çəkiliş qrupu oktyabrın 24-də Azərbaycanın turizm şəhəri olan Qəbələdə çəkilişlərə başlayacaq.

Türkiyədə ən çox baxılan televiziya proqramları arasında yer alan "Gezelim Görelim", Azərbaycanın cənnət güşəsi olan Qəbələni bütün gözəllikləri ilə tanıdacaq.

TRT-nin Bakı təmsilçisi Yüksel Değercan çəkiliş qrupunun daha sonra Şəkiyə gedəcəyini, orada da bir proqram hazırlayacağını bildirib.

Değercan oktyabrın 7-də yenə TRT 1 ekranlarında "Bekir Develi ile Keşif Zamanı" adlı proqramda Bakının gözəlliklərinin ekranlara gələcəyini söyləyib. Bakı vaxtı ilə saat 15:25-də ekranlara gələcək bu proqram 7 bölümdən ibarət olaraq Azərbaycanın gözəllikləri ilə bərabər, ədəbiyyatını, mədəniyyətini və sənətini TRT vasitəsilə dünyaya tanıdacaq.

Xəbər lenti

Xəbər lenti