...

"Yujnıy Kavkaz" almanaxının 3-cü sayının təqdimatı keçirilib

Mədəniyyət Materials 5 Aprel 2013 15:05 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyində "Yujnıy Kavkaz" (Cənubi Qafqaz) almanaxının 3-cü sayının təqdimatı keçirilib. Trend-in məlumatına görə, tədbirdə ədəbiyyat, mətbuat və QHT nümayəndələri iştirak ediblər.
"Yujnıy Kavkaz" almanaxının 3-cü sayının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Yazıçılar Birliyində "Yujnıy Kavkaz" (Cənubi Qafqaz) almanaxının 3-cü sayının təqdimatı keçirilib. Trend-in məlumatına görə, tədbirdə ədəbiyyat, mətbuat və QHT nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən almanaxın koordinatoru Elçin Hüseynbəyli bildirib ki, bu almanax müharibə mövzusuna həsr olunub.

O vurğulayıb ki, belə tədbirlərin keçirilməsi, onların media vasitəsilə işıqlandırılması çox vacibdir və Cənubi Qafqaz məkanında mövcud olan münaqişə tərəflərinin bir-birini anlaması və yaxınlaşmasına yardımçı funskiyasını daşıyır.

Daha sonra tədbir iştirakçıları almanax barədə öz fikirlərini bildirib, bu cür tədbirlərin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, rus dilində nəşr olunan almanax Azərbaycan, Ermənistan, Gürcüstan, Osetiya və Abxaziya yazarlarının əsərlərindən ibarət topludur.

Kitab "Cənubi Qafqazda mediasiya" layihəsi çərçivəsində, Avropa İttifaqı və Böyük Britaniya hökumətinin dəstəyi və "Internatinal Alert" təşkilatının maliyyə yardımı ilə nəşr olunur. "Yujnıy Qafqaz" almanaxının 3-cü sayında Qulu Ağsəs, Zahir Əzəmət və Rafael Tağızadənin şeirləri, Yaşar, Elçin Hüseynbəylinin hekayələri, Nigar Babayevanın rəsmi, Azərbaycanın mədəniyyət xadimlərinin müsahibələri də yer alıb.

Almanaxla yanaşı, region yazarlarının internet portalı da fəaliyyət göstərir. Həmçinin, 2003-cü ildə Cənubi Qafqaz yazarlarının savaş hekayələrindən ibarət "Yaşamaq zamanı" toplusu nəşr olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti