...

Azərbaycan mədəni irsin qorunması ilə bağlı beynəlxalq konfransda iştirak edəcək

Mədəniyyət Materials 12 Noyabr 2013 11:24 (UTC +04:00)
13-14 noyabrda Vilnüsdə "Mədəni irs və Aİ-2020 strategiyası - vahid yanaşmaya doğru" adlı beynəlxalq konfrans keçiriləcək.
Azərbaycan mədəni irsin qorunması ilə bağlı beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

13-14 noyabrda Vilnüsdə "Mədəni irs və Aİ-2020 strategiyası - vahid yanaşmaya doğru" adlı beynəlxalq konfrans keçiriləcək.

Trend-in Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Litva Respublikasının Avropa İttifaqı Şurasına prezidentliyi çərçivəsində təşkil olunan tədbirdə ölkəmiz mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

Mədəni irsin qorunması məsələlərinin şəhərsalma, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələri ilə əlaqəli şəkildə müzakirəsi nəzərdə tutulan konfransda Avropa ölkələrinin təcrübələri nümayiş olunacaq, alim, mütəxəssis və dövlət nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılacaq.

Beynəlxalq konfransda Avropa İttifaqının, Avropa Şurasının yüksək vəzifəli şəxsləri ilə yanaşı, Avropa Şurasına üzv ölkələrin dövlət nümayəndələri, akademik və peşəkar irs mütəxəssisləri, milli, regional və yerli institutların təmsilçiləri iştirak edəcəklər.

İki gün davam edən tədbirin sonunda konfransın qətnaməsi qəbul olunacaq, həmçinin qonaqlar üçün YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Vilnüs şəhərinin tarixi mərkəzinə səfər təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti