Bildiyiniz kimi, "Khazar Islands"-ın bas sponsorluğu ilə Azərbaycanda keçiriləcək "Miss Globe International 2014" gözəllik yarışmasının finalçıları artıq Bakıdadır.
Sentyabrın 14-də "Crystall Hall"-da bas tutacaq möhtəşəm finalın iştirakçıları dünən "Khazar Islands" layihəsi ilə yerində tanış olub, gördüklərindən heyranlıqlarını bildiriblər. Mətbuat nümayəndələrinin də iştirak etdiyi ziyafət süfrəsinin ardınca layihəni gəzən finalçılar restoranda, hovuzda, çimərlikdə, idman kompleksində də istirahət etməyə vaxt tapıblar.
Dünyanın hər bir nöqtəsindən gələn gözəllər süni adalarda inşası davam edən şəhərdə xatirə şəkilləri çəkdirməyi də unutmayıblar.