...

Gəncə yazarları Nəriman Həsənzadə poeziyasının sehrinə düşdülər (FOTO)

Mədəniyyət Materials 22 Fevral 2016 14:00 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı ilə xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Gəncə yazarları Nəriman Həsənzadə poeziyasının sehrinə düşdülər (FOTO)

Bakı-Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı ilə xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbiri AYB Gəncə Bölməsinin sədri Xəzangül açaraq böyük şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi və onun böyük zəhmət bahasına qazandığı naliyyətlər haqqında söhbət açdı.

O, söylədi ki, Nəriman Həsənzadə poeziyası oxucuda dərin maraq oyadan poeziyadır. Onun şerlərində ideala, gözəlliyə, mənəvi saflığa sadiq olan, insanlıq və vətəndaşlıq hisslərinə çağırış var: "Nəriman Həsənzadə yorulmaq bilmir. Yeni-yeni yaradıcılıq axtarışındadır. Ona görə də Nəriman Həsənzadə yaradıcılığı bu gün də sevə-sevə oxunur, sabah da sevilərək nəsillərə ötürüləcək. Onun poeziyasının sehrinə düşən hər kəs Nəriman ürəyinin nəyə qadir olduğunu yaxşı anlayır".

Şair Bahadur Fərman Nəriman Həsənzadənin lirikasından geniş söhbət açdı. O, bildirdi ki şairin sözlərinə gözəl musiqilər bəstələnib, müğənnilər tərəfindən ifa olunub və bu gün də sevilir.

Yazıçı və şairlərdən Aləmzər Əlizadə, Nüşabə Əsəd Məmmədli, Aydın Murovdağlı, Ramiz Təmkin, Bayram Göyçəli, Fazil Sənan, Ümbülbanu, Oqtay Abdulla, Nadir Ovçu, Saleh Qurbanov, Həsənalı Abbaslı, Rəhim Qurbani və başqaları N. Həsənzadə haqqında fikirlərini bildirdilər, şairin əsərlərindən nümunələr söylədilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti