...

"Bir şair ömrünü yaşatmaq üçün" (FOTO)

Mədəniyyət Materials 15 Mart 2016 19:30 (UTC +04:00)
Nəriman Həsənzadənin 85 illik yubileyi münasibətilə “Bir şair ömrünü yaşatmaq üçün” adlı tədbir keçirilib.
"Bir şair ömrünü yaşatmaq üçün" (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxanası 111 saylı tam orta məktəblə birgə şair Nəriman Həsənzadənin 85 illik yubileyi münasibətilə "Bir şair ömrünü yaşatmaq üçün" adlı tədbir keçirib.

Xalq şairi N.Həsənzadənin gəlişini iştirakçılar alqışlarla qarşılayıb. Məktəbin direktoru Jalə Hacıyeva gələn qonaqları salamlayaraq tədbiri açıq elan edib. Məktəbin dil-ədəbiyyat müəlliməsi Məlihə Əsədova və Nəsimi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nəsibə Mehdiyeva şairin həyat və yaradıcılığından söz açıblar. N.Həsənzadənin yaradıcılığına həsr olunmuş slayd təqdim olunub.

Tədbirin aparıcıları da şairin keçdiyi ömür yolundan danışıb, 111 və 44 saylı məktəblərin şagirdləri şairin şeirlərini söyləyib, onun sözlərinə bəstələnmiş "Fikir eləmə", "Çağır məni", "Sən bağışladın" mahnılarını səsləndiriblər.

Sonda çıxış edən N.Həsənzadə təşklatçılara minnətdarlığını bildirib və iştirakçılara yazdığı şeirlərindən söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti