...

"ƏSA" Teatrının "Siçanlar və adamlar" tamaşasının premyerası keçirilib (FOTO)

Mədəniyyət Materials 20 Dekabr 2017 10:50 (UTC +04:00)
"ƏSA" Teatrının "Siçanlar və adamlar" tamaşasının premyerası keçirilib.
"ƏSA" Teatrının "Siçanlar və adamlar" tamaşasının premyerası keçirilib (FOTO)

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirliyinin sponsorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş “ƏSA” Teatrının "Siçanlar və adamlar" adlı teatr tamaşasının ötən gün premyerası keçirilib.

Trend-in məlumatına görə, “ƏSA” 20 nəfərdən çox istedadlı aktyor, musiqiçi, kostyum sənəti və işıqlandırma mütəxəssislərindən ibarətdir, onların əksəriyyəti əlilliyi olan insanlardır.

Beynəlxalq Əlillər Günü münasibətilə ABŞ-ın dövlət katibi Reks Tillerson son nitqində bildirib: "Biz əlilliyi olan şəxslərin gücləndirilməsi, ləyaqəti və bərabər hüquqlarını inkişaf etdirmək üçün öhdəliyimizi təsdiq edirik. Biz bir daha vurğulayırıq ki, bütün insanlar hər bir ölkədə cəmiyyətin bütün sahələrinə tam və bərabər giriş imkanına layiqdirlər".

Bu kişilər və qadınlar istedad və bacarığın heç bir fiziki və ya zehni məhdudiyyət tanımadığının canlı sübutudurlar. Onların çıxışları çətinliklərlə qarşılaşan və möhtəşəm incəsənət ortaya çıxaran, əlillərlə işləyən şəxslərə gözəl nümunədir. Cüzi səy və sadə şəraitlə, əlilliyi olan şəxslər cəmiyyətin hər bir sektorunda işləyə bilər və biz hamımız onların tam iştirakından yararlana bilərik. Teatrda bunu nümayiş etdirmənin gözəlliyi odur ki, hər bir tamaşaçı bu həqiqətin canlı nümunəsini görə bildı, bu isə bir ömür boyu onlarla birlikdə qalacaq.

Tamaşa səksən il əvvəl amerikalı yazıçı Con Steynbek tərəfindən yazılmış eyni adlı romanın əsasında səhnələşdirilib. İnsan vəziyyətinin təsviri o dönəmdə olduğu kimi, bu gün də həqiqətdir. Əsər dostluq, mərhəmət və qəbul etmənin vacibliyini xatırladır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti