...

Dənizkarı Bulvarda yeni layihə - Bir il davam edəcək

Mədəniyyət Materials 27 Dekabr 2018 12:46 (UTC +04:00)
Dənizkənarı Bulvar İdarəsi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə birlikdə yeni layihəyə başlayır.
Dənizkarı Bulvarda yeni layihə - Bir il davam edəcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dənizkənarı Bulvar İdarəsi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə birlikdə yeni layihəyə başlayır.

Bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı deyib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində start veriləcək layihə çərçivəsində ilk konsert dekabrın 29-da Kukla teatrının arxasında yerləşən meydanda keçiriləcək:

"Yeni il gəlir” adlı bayram tədbirinə saat 12-də Uşaq Musiqi Kollektivlərinin iştirakı ilə baş tutacaq konsertlə start veriləcək. Saat 18-də isə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq".

G.Yelmarqızı qeyd edib ki, konsertin məhz bu tarixdə keçirilməsi təsadüfi deyil.

"Dekabrın 29-da ümummilli lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümüdür. Birgə layihə il ərzində davam edəcək. Müxtəlif əlamətdar tarixlərdə musiqi kollektivlərinin iştirakı ilə müxtəlif janrlarda konsertlər təşkil olunacaq. Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti