...

“Ümid" İncəsənət Müsabiqəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 18 Yanvar 2023 16:29 (UTC +04:00)
“Ümid" İncəsənət Müsabiqəsi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının (ARA) təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında “Ümid" İncəsənət Müsabiqəsi keçirilib.

Müsabiqəyə təşkilati dəstək Jam Group komandası tərəfindən göstərilib.

“Müsabiqə incəsənət və rəqs növləri üzrə keçirilib. Ölkəmizin bölgələrindən yarışmaya qatılan iştirakçılar vardı. Bütün iştirakçıları təbrik edir, onlara müvəffəqiyyətlər arzulayıram. Bununla yanaşı, daim əziyyətlərini çəkən, onlara bu sahələri öyrədən, bu cür istedadlı, bacarıqlı uşaq və gənclər yetişdirdikləri üçün bəddi rəhbərlərə təşəkkür edirəm. Ədalətli seçimlər etdikləri və dəvətimizi qəbul edib gəldikləri üçün münsiflər heyətinə təşəkkür edirəm”, - deyə ARA-nın prezidenti Əziz Əzizov bildirib.

Yarışma yaş kateqoriyasına görə keçirildi: 6 yaşdan körpələr , 7-8 uşaqlar 1, 9-10 uşaqlar 2, 11-12 yeniyetmələr 1, 13-14 yeniyetmələr 2, 15-16 yeniyetmələr 3, 17-25 yaşadək böyüklər, 26 yaş və yuxarı profilər yarışıblar.

Yarışmada Grand Prix -ni Səbail rayon 49 nömrəli intellect məktəb lisey şagirdi Həsənli Amin qazandı. Müəllim Anar Alnağıyev.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti