...

"Rabitə işi"ndə təqsirləndirilənlərin məhkəməsi yenə təxirə düşdü

Gündəm Materials 28 Noyabr 2018 12:44 (UTC +04:00)
Bu gün Ali Məhkəmədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov verdikləri kassasiya şikayəti üzrə keçirilməli olan məhkəmə prosesi baş tutmayıb.
"Rabitə işi"ndə təqsirləndirilənlərin məhkəməsi yenə təxirə düşdü

Bakı. Samir Əli - Trend:

Bu gün Ali Məhkəmədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov verdikləri kassasiya şikayəti üzrə keçirilməli olan məhkəmə prosesi baş tutmayıb.

Trend-in məlumatına görə, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən proses növbəti dəfə qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, bu iş üzrə məhkəmə baxışı bir neçə dəfə təxirə salınıb.

Xatırladaq ki, V.Zeynalovun qohumları Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti verərək onların adlarına olan əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini tələb ediblər.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynov ona verilən cəzadan narazıdır. O, barəsində bəraət hökmünün çıxarılmasını və üzərində həbs olan əmlaklarının özünə qaytarılmasını istəyir.

Digər məhkumlar da günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını və bəzi əmlaklarının üzərinə qoyulan həbslərin götürülməsini istəyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il, E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib.
M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevə şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Bakı Apellyasiya Məhkəməsində Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası 7 il 6 ay salınıb.

Namazalı Məmmədov, Emin Məmmədov, Anar Mustafayev və Qəmbər Beybalayev barəsində isə şərti cəza tətbiq edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti