...

Nazirlik: Şamaxıda vulkan aktivliyini tam dayandırıb (FOTO)

Gündəm Materials 29 May 2019 12:08 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şamaxı rayonunun Dağ Göylər kəndində Məlikçobanlı palçıq vulkanının püskürməsindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırmalar sona çatıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov bildirib. Onun sözlərinə görə, hazırda vulkan aktivliyini tam dayandırıb:

"27 may 2019-cu il tarixində Şamaxı şəhərinin 12 km cənub qərbində püskürən Məlikçobanlı palçıq vulkanında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən monitorinq və müvafiq ölçmə işləri aparılıb.

Monitorinqlərin nəticələrinə görə, vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 0,5 hektara qədər əraziyə yayılıb. Vulkanın krateri püskürmə məhsulları ilə örtülüb, 150 metr uzunluğunda radial çatlar əmələ gəlib. Püskürmə məhsullarının qalınlığı vulkanın mərkəzində 1 metrə yaxın, kənarlarda isə 0,2 metr təşkil edib".

Sözügedən vulkan 1810-cu ildə qeydə alınıb və bu günədək 4 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1977-ci ildə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti